Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb.
Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son matçında isə "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.
Turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
"Qəbələ" – "İmişli" 0:1
Qollar: Dieqo Rollo, 45
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Tsxadadze
"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 15:30
"Turan Tovuz" – "Sumqayıt" 2:1
Qollar: Filip Ozobiç, 8, Jo, 50 - Senhadji, 65
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 18:00
Turan Tovuz: 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 99. Vadji İbrahima 9. Coş Cinnelli
Baş məşqçi: Kurban Berdıyev
Sumqayıt: 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 95. Nsana Simon 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç

