"Qarabağ"dan 7-ci qol - CANLI YAYIM

20:21 Premyerliqa 155
"Qarabağ"dan 7-ci qol - CANLI YAYIM

Misli Premyer Liqasında XXVI turun daha bir oyunu bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.

Tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.

"Qarabağ" – "Karvan-Yevlax" 7:0

Qollar: Leandro Andrade, 23, 64, Kamilo Duran, 31, 45, 48, Dani Bolt, 40, Abdullah Zubir, 43
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

"Qarabağ": 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

"Karvan-Yevlax": 99. Pedro Mateus, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti