Premyer Liqada daha bir mövsüm sona yaxınlaşır.
Düzdü, çempionluq uğurunda son illər alışmadığımız amansız mübarizə gedirdi.
Lider "Sabah" son çempion "Qarabağ"a əməlli-başlı başağrısı olmağı bacardı.
Amma o da sona 8 tur qalmış başa çatdı. Artıq bööyük ölçüdə yeni çempion məlumdur. "Tələbələr" çətin ki, aradakı 10 xallıq fərqi əldən versin.
Təəssüf ki, digər hədəflər uğurunda rəqabət ümumiyyətlə arzuolunan və gözlənilən kimi deyil.
Finişə 8 tur qalmasına rəğmən artıq bir çox sualların cavabı məlumdur.
Böyük ölçüdə ölkəmizi avrokuboklarda "Qarabağ", "Sabah", "Turan Tovuz" və "Zirə" təmsil edəcək. Az ehtimal "qartallar" siyahıdan kənarda qala bilər.
Premyer Liqanı "Karvan-Yevlax"ın tərk edəcəyi isə həftələr öncədən gün işığı kimi aydındır.
Yalnız möcüzə yevlaxlıları xilas edə bilər.
Halbuki mövsümün əvvəli fərqli proqnoz verənlər çox idi.
Ələlxüsus legioner limitinin ləğvindən sonra rəqabətin artacağı gözlənilirdi.
Amma bu gün qarşımızda tam fərqli mənzərə canlanır.
Reqlamentin bərpasından sonra liqada qalmaq uğurunda ən azı 2-3 komanda arasında son turlara qədər gərgin rəqabətə şahidlik edirdik.
Avrokuboklar uğrunda mübarizədə də gərginlik hətta son tura qədər davam edirdi.
Məsələn, cəmi iki mövsüm əvvəl "Şamaxı" yalnız son turda "Səbail"ə məğlub olmaqla elitanı tərk edəcəyi dəqiqləşmişdi.
"Neftçi" son turda "Sabah"a uduzmaqla avrokuboklardan kənarda qalmışdı.
Görünən odur ki, bir neçə turdan sonra əksər oyunların ümumiyyətlə əhəmiyyəti qalmayacaq, formallığa çevriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

