Misli Premyer Liqasında mövsümün qol rekordu qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, bu, 23-cü turun “Sabah” – “Qəbələ” oyununa təsadüf edib.
“Bank Respublika Arena”da baş tutan görüşdə 8 qol qeydə alınıb və meydan sahibləri 7:1 hesablı qələbə qazanıb. Bununla cari mövsümdə ilk dəfə bir qarşılaşmada 6-dan çox qol vurulub.
Buna qədər ən yaxşı göstərici 6 qol idi ki, buna 5 oyunda rast gəlinib. Bir dəfə 3:3, bir dəfə 2:4, bir dəfə 6:0, iki dəfə isə 5:1 hesabı qeydə alınıb.
23-cü tur eyni zamanda ən böyükhesablı iki qələbə ilə əlamətdar olub. “Qarabağ” “Araz-Naxçıvan”ı (6:0), “Sabah” isə “Qəbələ”ni (7:1) 6 top fərqi ilə məğlub edib.

