Həm “Qarabağ”, həm də “Sabah” göstərdi ki…

02:10 Premyerliqa 74
Həm “Qarabağ”, həm də “Sabah” göstərdi ki…

Misli Premyer Liqasının 23-cü turu məhsuldarlığı ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bu, mövsümün ən bol qollu 3-cü turu kimi yadda qalıb.

Bunda isə “Qarabağ” – “Araz-Naxçıvan” (6:0) və “Sabah” – “Qəbələ” (7:1) görüşlərinin rolu böyük olub. Belə ki, tur ərzində ümumilikdə 21 qol vurulub ki, bunun 14-ü məhz sadalanan iki qarşılaşmada reallaşıb.

Mövsümün ən bol qollu turunda 24 dəfə qapılara yol tapılıb. Bu, 8-ci tura təsadüf edib. 10-cu turdakı görüşlərdə isə komandalar 22 dəfə mərkəzə dəvət ediliblər.

23-cü turun 21 qolundan 16-sı meydan sahiblərinin aktivinə yazılıb. Bu, həm də ev sahiblərinin ən məhsuldar turu kimi mövsümün rekordu olub. Buna qədər ev sahibləri ən yüksək göstəriciyə 15 qolla 10-cu turda imza atmışdılar.

Turun digər matçlarında “Karvan-Yevlax”la “Sumqayıt” (1:1), “Şamaxı” ilə “İmişli” (0:0), “Zirə” ilə “Kəpəz” (2:2) bə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti