Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Meydan sahibləri rəqibini 7:1 hesablı ağır məğlubiyyətə uğradıb. Hazırda paytaxt klubu 56 xalla lider, bölgə təmsilçisi isə 16 xalla 11-cidir.
Cari mövsümdə tərəflər arasında keçirilən hər iki matçda “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edib.
Turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib.
"Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.
"Sabah" – "Qəbələ" 7:1
Qollar: Coy Lens Mikels, 10, 32, Aleksey İsayev, 24, Kahim Parris, 37, Aron Maluda, 53, Cesse Sekidika, 63, Rəhman Daşdəmirov, 77 // Ba Loua, 87
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”, 19:15.
"Sabah": 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
"Qəbələ": 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 7. Turan Manafov, 13. Nicat Əliyev, 24. İsmael Akinade, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumu.
Baş məşqçi: Kaxaber Sxadadze.

