Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə "Şamaxı" "İmişli"ni qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Komandaların ilk dövrədəki matçında "Şamaxı" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin oyununda isə qolsuz heç-heçə qeydə alınıb - 0:0.
Günün digər oyununda isə "Araz-Naxçıvan" "Qarabağ"la üz-üz gəlib. Ağdam təmsilçisi rəqib qapısından 6 cavabsız qol keçirərək meydandan qalib ayrılıb.
Bu komandalar arasında ilk iki dövrənin oyunlarında Ağdam klubu böyük hesabla qalib gəlib - 5:0, 5:1.
Turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.

“Şamaxı” – “İmişli” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu, 15:00
"Şamaxı": 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 11. Dioqo Balau 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
"İmişl"i:33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya
“Qarabağ” – “Araz-Naxçıvan” 6:0
Qollar: Montiel, 14 (p), Leandro Andrade, 33, 35, Kamilo Duran, 64 (p), 89, Musa Qurbanlı, 83
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15
"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 77. Bruno Franko, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.

