“Qarabağ” və “Neftçi”dən iki nəfərin üzünü görməyəcəyik - Həftənin 7 “qarabəxt”i

7 Mart 14:00 Premyerliqa 1 208
“Qarabağ” və “Neftçi”dən iki nəfərin üzünü görməyəcəyik - Həftənin 7 “qarabəxt”i

Premyer Liqanın 23-cü turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

6-sı futbolçu, 1-i məşqçi olmaqla ümumilikdə 7 nəfər üçüncü dövrənin ilk turunun qarşılaşmalarında iştirak edə bilməyəcək.

Bunlar “Qarabağ”dan Kadi Borgeslə Mateus Silva, “Sumqayıt”dan Aleksandr Ramalinqomla Nikola Ninkoviç, “Neftçi”dən Mustafa Seklə Dmitri Kara-Mustafa (məşqçi) və “Kəpəz”dən Şakir Seyidovdur.

Adları çəkilənlərin hər biri əvvəlki turlarda aldığı qırmızı vərəqəyə və “sarı” limitini doldurduğuna görə cəzalı duruma düşüb.

Martın 7-də “Karvan-Yevlax” – “Sumqaylt”, ertəsi “Şamaxı” – “İmişli”, “Qarabağ” – “Araz-Naxçıvan”, martın 9-da “Zirə” – “Kəpəz”, “Neftçi” – “Turan Tovuz”, dekabrın 10-da “Sabah” – “Qəbələ” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq