“Sumqayıt” penaltini qaçırdı, “Karvan” 90+4-də 1 xalı “oğurladı”

7 Mart 16:55 Premyerliqa 1 660
“Sumqayıt” penaltini qaçırdı, “Karvan” 90+4-də 1 xalı “oğurladı”

Bu gün Misli Premyer Liqasında üçüncü dövrəyə - 23-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

“Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edib. Sumqayıt təmsilçisi 1:0 hesabı ilə öndə olsa da, "Karvan-Yevlax" son dəqiqələrdə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.

Bundan başqa, "Sumqayıt" matçın 72-ci dəqiqəsində penalti vurmaq hüququ qazansa da, Saşa İliçin komandası bu şansı dəyərləndirmə bilməyib.

Beləliklə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda Saşa İliçin komandası 31 xalla 7-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi isə 7 xalla sonuncu – 12-ci yeri tutur.

Bu komandaların ilk iki dövrədəki oyunlarında “Sumqayıt” qələbə qazanıb – 4:1 və 2:0.

“Karvan-Yevlax” – “Sumqayıt” 1:1

Qollar: Coy Sleyd Mikels 90+4 // Səbuhi Abdullazadə 52-pen

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu, 15:00

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 7. Araz Abdullayev 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni

Baş məşqçi: Füzuli Məmmədov

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 72. Rayan Senhadji 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 95. Nsane Simon 25. Abdul Raşid Mumini

Baş məşqçi: Saşa İliç

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti