"Qarabağ"la müqavilə şərtlərini razılaşdırdı - Yeni transfer haqda VİDEO

16:40 Premyerliqa 283
"Qarabağ"la müqavilə şərtlərini razılaşdırdı - Yeni transfer haqda VİDEO

«Qarabağ»ın yeni mövsüm üçün ilk transfer çalışmasını bitirməsini xəbər vermişik.

Ağdam təmsilçisi Jali Muaddiblə anlaşıb.

“Sportinfo TV” bu sövdələşmə ilə bağlı video hazırlayıb.

Bildirilib ki, son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə şərtlərini razılaşdırıb.

O, fikrini dəyişməyəcəyi və yayda Azərbaycana gələcəyinə dair «köhlən atlar»a söz verib. Belə deyək, tərəflər «ön protokol» adlandırılan şəxsi sənədə imza atıblar.

2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi "Lill"«n yetirməsidir.

2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə «Angers B»yə məxsus olub.

Bu müddətdə icarə əsasında «Avrançes»in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, «Botaşani» ilə anlaşıb.

İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da «Omoniya Aradippu»ya aiddir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti