Və o an yetişdi - “Neftçi” Avropaya gedəcək?

6 Mart 23:00 Premyerliqa 325
Və o an yetişdi - “Neftçi” Avropaya gedəcək?

Bundan sonra Premyer Liqada top qovan futbolçulardan “qarşıda çox oyunlar var, çempionatın başa çatmasına vaxt var, hələ heç nə demək olmaz” şəklində açıqlamalar eşitməyəcəyik.

Daha doğrusu, bunu deməyə imkanları olmayacaq.

Premyer Liqada həlledici – 3-cü dövrə başlayır və bundan sonra qazanılacaq hər xal qızıla bərabər olacaq.

Hər komandanın özünə görə hədəfi var.

Xəyali turnir formalaşdırsaq, avrokuboklar uğrunda mübarizə aparan komandalar Çempionlar Liqasında mübarizəyə başlayır.

Turnir cədvəlinin orta sıralarında yer alanlar Avropa Liqasında starta hazırlaşır.

Elitada yerini qorumağa çalışanlar isə Konfrans Liqası üçün “bismillah” deyir.

“Qarabağ”la “Sabah”ın çempionluq uğrunda mübarizəsi son tura izləyəcəyimiz böyük ölçüdə dəqiqləşib.

“Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Neftçi” və “Sumqayıt” yerdə qalan iki yer uğrunda mübarizə aparmaqdadır.

“Şamaxı”yla “İmişli”nin məqsədi özlərindən arxada olan komandaları yaxına buraxmamaq, hazırlı mövqelərini qoruyub-saxlamaqdır.

“Qəbələ”, “Kəpəz”, “Karvan-Yevlax” – müxtəlif bölgələri təmsil edən bu komandalar isə növbəti mövsümdə də yüksək dəstədə yer almaq üçün mübarizə aparmaqdadır.

İndiki vəziyyətdə sonluğun necə olacağını təsəvvür etmək çox-çox çətindir. Bilinən və görünən odur ki, qarşıdakı 3 ay, başqa cür desək, 67 oyunun hər biri həyat əhəmiyyəti daşıyacaq.

Bundan sonra yola vermək, gələcəkdə xoş təsadüflərə ümid etmək, rəqiblərin büdrəməsini gözləmək kimi məqamların əsası olmayacaq. Hər biri üçün xəyali avrokubok mövsümü başlayır ki, burada məqsəd bacardıqca çox xal toplamaqdır.

Futbol ictimaiyyəti gərginləşən mübarizəni görmək üçün aylardır bu günləri gözləyirdi.

Və o an yetişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti