Rusiyada "SKA-Xabarovsk"un qapısını qoruyan İslam İmamovun xidmətində Premyer Liqa klublarımızın olması barədə xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, sportal.az saytına verilən məlumata görə, Rusiya klubunun üzvünü istəyən bir klubun adı bəlli olub.
"Sumqayıt" 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Amma "kimyaçılar"la yanaşı, daha bir neçə klubumuz İslamın transferi üçün mübarizə aparır.
Yaxın vaxtlarda İmamovun hansı seçimi edəcəyi dəqiqləşəcək.
Həmyerlimiz özü də karyerasını Azərbaycanda davam etdirməyə müsbət yanaşır.

