Bu komandada hər şey güllü-gülüstan deyil, amma...

26 Noyabr 23:40 Premyerliqa 136
Bu komandada hər şey güllü-gülüstan deyil, amma...

"İmişli" növbəti imzasını "Neftçi" ilə səfər görüşündə atdı.

Komanda iki dəfə geri düşdüyü oyunda qalib gəldi - 2:3.

Mövsümün əvvəli aran təmsilçisini ən çox tənqid edənlərdən olmuşam. Tam da haqqım var idi. Əsasları elə klub özü verirdi. Bu gün də problemlər həllini gözləyir.

Hər şey güllü-gülüstan deyil.

Amma futbolda nəticə çox önəmlidir. Hansı pillədə yer almağın əsas sualın cavabıdır.

Bu baxımdan İmişli təmsilçisini təbrik edə bilərik. Arxada qalan 12 tura görə Jorje Kaşkilyanın komandasına sadəcə əhsən düşür.

Debütant heç bir ciddi uğuru olmayan portuqaliyalı ilə liqamıza əməlli-başlı rəng qatır.

Altından girib, üstündən çıxır. Rəqibin kimliyi, büdcəsi onlar üçün fərq etmir.

Heyətin yarısı Birinci Liqa təcrübəsi ilə böyüyüb.

Amma ruhları var, təslim olmağı sevmirlər.

"Qəbələ"ə 2:0 öndə ola bilər, "Neftçi" 2 dəfə hesabda önə çıxa bilər, amma "İmişli" asanlıqla təslim olmaz.

Elə bizim də istədiyimiz budur.

Tək əcnəbi baş məşqçisi yox, elə az sayda əcnəbi oyunçuları da yalnız xoş sözləri haqq edirlər.

Aldıqları pulun haqqını verirlər.

Niyə legioner olduqlarını əyani göstərirlər. Ən əsası fərq yaradırlar. Belə əcnəbilər gəldi də bizmi bəyənmədik?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 18:10 Çək və bizə göndər!