Bölgə klubunun yeni transferi ilə bağlı bilməli olduğunuz vacib FAKTLAR

9 Avqust 23:40 Premyerliqa 483
Bölgə klubunun yeni transferi ilə bağlı bilməli olduğunuz vacib FAKTLAR

Yeni mövsümə hazırlaşan "İmişli" həm də gənc futbolçulara öz qapısını açmağa qərar verib.

Məsələn, Tuncay Yusifli kimi.

"Sabah"ın yetirməsinin 20 yaşı var.

Sol cinah müdafiəçisidir.

Müasir futbolda cinah müdafiəçisinə özəlliklə nə lazımdır?

Sürət, texniki bacarıqlar.

Tuncayda bu baxımdan problem yoxdur.

Sürətli futbolçu hücum fazasında aktiv iştirak edir.

Yaxşı cinah asmaları üstünlüyüdür.

İntizamlıdır, döyüşçü ruhuna sahibdir.

Tovuz futbolunun yetirməsi 2019-cu ildən "Sabah" Akademiyasında futbolun sirlərini öyrənir.

Bu arada "tələblər"in onun keçidində bölgə klubuna güzəştə getdiyini də bildirək.

Belə ki, "Sabah" müqaviləsi olan Yusiflini təzminat almadan buraxmağa razılaşıb.

Təbii ki, danışıqlarda futbolçunun transfer işlərini aparan “QOLAT Sport Services & Football Agency”in böyük rolu olub.

Ümid edək ki, hər üç tərəf üçün bu keçid uğurlu olacaq.

Və Tuncayın timsalında ölkə futbolu daha istedad qazanmış olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti