Azərbaycan klublarında problem yaradan əcnəbilər - SİYAHI

8 Avqust 2025 22:20 Premyerliqa 1 252
Azərbaycan klublarında problem yaradan əcnəbilər - SİYAHI

Nədənsə avrokuboklarda əsas müzakirə mövzusu yerli oyunçuların çıxışıdır.

Olsun.

Mən də razıyam ki, həmyerlilərimizin performansı ürəkaçan deyil.

Amma bizi məyus edən yalnız onlardımı?

Təbii ki, yox.

"Qarabağ"da penalti zərbəsini qeyri-dəqiq vuran braziliyalı Kadi Borqes idi.

Çətin Split səfərində 43 dəqiqə "Zirə"ni azlıqda qoyan mozambikli Guima idi.

52-ci dəqiqədə qırmızı vərəqə alaraq "Araz Naxçıvan"ın Yunanıstanda böyük üstünlüyü əldən verməsinə qapı açan braziliyalı İqor Ribeyro idi.

Hələ Bakıda 80, Spilitdə 75 dəqiqə varlığı ilə yoxluğu bilinməyən David Volkovdan, 73-cü dəqiqədə oyuna girib, 100-cü dəqiqədə heç ilə yadda qalmadığı üçün əvəzlənən Yeqor Boqomolskidən, aşağı səviyyəli "Petrokub"a qarşı oyunda meydana çıxan Neqoş Kupusoviçin peşəkar futbolçuya yaraşmayan zərbələrindən danışmıram.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!