
"İmişli"nin forma problemi hələ də davam edir.
Hazırlığa ötən mövsümdən qalma idman dəsti ilə başlayan bölgə klubu sosial şəbəkələrdə lağ obyektinə çevrildi.
Bir neçə gün əvvəl aran təmsilçisi Sumqayıtda qonaq idi.
Yerli "Sumqayıt" komandası ilə sınaq matçı keçirmək üçün.
Ümid etmək olardı ki, forma ilə bağlı problem öz həllini tapmış olar.
Axı çempionatın başlamasına bir aydan da az bir vaxt qalır.
Amma komandalar meydana çıxanda məlum oldu ki, köhnə hamam, köhnə tasdı.
Bölgə klubu bu dəfə ötən mövsümdən qalma forma dəsti ilə "Kimyaçılar"ın önünə çıxmışdı.
Yenə köhnə futbolçuların imzası olan geyimlərdə yeni əcnəbilər top qovurdu.
XANOĞLAN / SPORTİNFO.AZ