Bir klubumuz qazansa, Azərbaycan Rusiyanı geridə qoyacaq

26 İyul 09:00 Premyerliqa 980
Bir klubumuz qazansa, Azərbaycan Rusiyanı geridə qoyacaq

Azərbaycan UEFA reytinqində bu mövsüm topladığı xalı 1-ə yüksəldib.

Sportinfo.az xəbər verir ki, iyulun 24-də "Araz-Naxçıvan" və "Sabah" komandaları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində əldə etdikləri qələbələrlə ölkə aktivinə daha 0,5 xal əlavə ediblər.

İyulun 23-də "Qarabağ" Çempionlar Liqasındakı qalibiyyətlə 0,250 xal, "Zirə" Konfrans Liqasındakı heç-heçə ilə 0,125 xal qazanmışdı.

Avropa Liqasının I təsnifat mərhələsində isə "Sabah" Sloveniyada "Tsele" üzərində 3:2 hesablı qələbəni əlavə vaxtda əldən verərək, qeydə alınan 3:3 hesablı heç-heçə nəticəsində 0,125 xalla başlanğıc etmişdi.

Beləliklə, son 5 mövsümdə topladığı xalını 18,125-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, 28-ci yerdə gedən və avrokuboklarda təmsil olunmayan Rusiyanı (18,299) keçmək üçün real imkan qazanıb.

Bunun üçün gələn həftə keçiriləcək cavab görüşlərində 4 klubdan cəmi 1 qələbə və ya 2 heç-heçə də yetərlidir.

Artıq Ukrayna Rusiyanı üstələməyi bacarıb. Bu ölkə 18,475 xalla 27-cidir.

"Qarabağ" İrlandiyada Şelburn"u 3:0, "Sabah" Moldovada "Petrokub"u 2:0, "Araz-Naxçıvan" evdə "Aris"i 2:1 hesabı ilə yenib. "Zirə" isə Xorvatiya "Hayduk"u ilə heç-heçə edib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu