Premyer Liqaya yüksəldi, növbəti iki ayrılıq gerçəkləşdi

25 İyul 00:20 Premyerliqa 288
Premyer Liqaya yüksəldi, növbəti iki ayrılıq gerçəkləşdi

Premyer Liqaya yüksələn "İmişli"də iki ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Rəhim Osman və Cavidan Qasımlı ilə yollarını ayırıb.

Klub hər iki futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "İmişli" bunadək Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrik və Xəyal Tomarovla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!