Gələn mövsüm Prenyer Liqada hansı yeniliklər ediləcək? - AÇIQLAMA

19 İyul 14:20 Premyerliqa 534
Gələn mövsüm Prenyer Liqada hansı yeniliklər ediləcək? - AÇIQLAMA

“Sevindirici haldır ki, ildən-ilə Premyer Liqada iştirak edən komandaların sayı artmaqdadır.

Bir neçə il əvvə 8 komandalı çempionatın püşkatmasını atırdıq, artıq bu gün 12 komandalı çempionatın püşkatması üçün bir araya gəlmişik.

Sportinfo.az xəbər verir ki, bu sözləri PFL-in texniki idman direktoru Elgiz Abbasov deyib.

Çempionatın təşkilatçısı olan qurumun rəsmisi növbəti mövsümdə gözlənilən yeniliklərlə bağlı danışıb:

"Dövrə, sxem komanda sayına görə tərtib edilir. Ötən mövsüm liqa 36 tur, 4 dövrə idi.

Belə olanda hər bir komanda mövsüm ərzində bir komanda ilə 4 dəfə üz-üzə gəlirdi. Bu mövsüm 12 komandalı 3 dövrədir.

Bundan əvvəl 12 komandalı çempionat keçirmişik. Həmin vaxtı “altılıq” sistemi var idi.

Bu mövsüm isə 3 dövrəli çempionatın oynanılması qərarlaşdırıldı. Üçüncü dövrə püşkatma ilə olacaq, ev və səfər. Analizlər etdik.

PFL-in peşəkar əməkdaşları 2 aya yaxındır çalışır ki, ictimaiyyətə və klublara bunu təqdim edək. İlk dəfə 1-ci və 2-ci dövrənin püşkünü atacağıq.

Üçüncü dövrə isə ayrıca püşklə təyin olunacaq. Bir komanda ardıcıl 2 oyundan çox ev və 2 oyundan çox səfər qarşılaşmasına çıxa bilməz.

Komandaların şansı eynidir, bir komanda mövsüm ərzində 16-17 ev və eyni nisbətdə səfər oynayacaq.

Sadəcə, üçüncü dövrədə ev və səfər görüşü fərqli olacaq. İcraiyyə Komitəsinin qərarına əsasən ortaya çıxan məsələdir".

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR