Quba Premyer Liqa matçlarına ev sahibliyi edəcək

19 İyul 2025 01:50 Premyerliqa 905
Quba Premyer Liqa matçlarına ev sahibliyi edəcək

Premyer Liqada 2025/2026 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, stadion problemi yaşayan klubların ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.

Yevlax şəhər stadionunun ot örtüyündə aparılan işlərlə əlaqədar "Karvan" bir müddət rəqiblərini Şamaxıda qəbul edəcək.

"Turan Tovuz" da eyni səbəbdən doğma meydandan uzaq qalacaq. Qərb bölgəsi təmsilçisi ev oyunlarını "Azersun Arena"da keçirəcək.

"Kəpəz" də bir müddət Gəncədə oynamayacaq. "Sarı-göylər" Qəbələ şəhər stadionundan yararlanacaq.

Premyer Liqanın debütantı "İmişli" isə ev oyunlarını Qubada keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”