Elitaya dönən komandada növbəti legioner - RƏSMİ

18 İyul 2025 02:50 Premyerliqa 641
Elitaya dönən komandada növbəti legioner - RƏSMİ

"Karvan" yeni transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı hücumameyilli yarımmüdafiəçi Gavi Thompsonla 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib.

Gavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. O, karyerası ərzində 139 oyun keçirib, 12 qol vurub və 14 qolun ötürməsini edib.

"Karvan" daha öncə Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta), Kyle Spenseni (Son klubu “Coleraine”, Şimali İrlandiyanın) transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!