Premyer Liqamıza 31 legioner gəldi – YAY BAZARLIĞI

19:40 Premyerliqa 411
Premyer Liqamıza 31 legioner gəldi – YAY BAZARLIĞI

Premyer Liqa klublarında yay bazarlığı davam edir.

Öncəki həftələrdə avrokuboklardan kənarda qalan və Premyer Liqaya vəsiqə qazanan klublarda sakitlik hökm sürürdüsə, artıq “qonşudan geri qalma” prinsipinə əməl etməkdədirlər.

Ölkə olaraq əsasən Portuqaliya Sequndasından gələnlər çoxluq təşkil edirsə, qitə məsələsində afrikalılar hamıdan öndədir.

Bir klubdan digərinə keçənləri və daha öncə ölkəmizdə top qovmuşları saymasay, yay transfer mərhələsində elita təmsilçiləri 31 yeni legionerlə güclənib.

Klubların rəsmən yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.

"Qarabağ"

Gedənlər: Marko Veşoviç, Patrik Andrade (Araz-Naxçıvan), Yassin Benzia, İsmayıl İbrahimli (Zirə), Redon Cica (“SSPA Şabab Riad Beluizdad”, Əlcəzair).

Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə” ilə icarə müqaviləsi başa çatıb), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Dani Bolt (“Torrense”, Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya).

"Zirə"

Gedənlər: Məqsəd İsayev, Pyer Zebli, Rüstəm Əhmədzadə (Qarabağ).

Gələnlər: Brahim Konate (Şamaxı), Yeqor Boqomolski (Neftçi), İsmayıl İbrahimli (Qarabağ), Rövlan Muradov (Sumqayıt), Abdulaziz Batibie, Vinsent Till (Sabah).

"Araz-Naxçıvan"

Gedənlər: Vadim Abdullayev, Sezar Meza Kolli, Miço Kuzmanoviç, Karlos Jatoba, Bernardo Dias, Ramin Nəsirli, İqor Ribeyro (Neftçi).

Gələnlər: Bar Kohen (“Makkabi Netanya”, İsrail), Çance Simakala Ba-Muaka (“Osnarbrük”, Almaniya), Patrik Andrade (Qarabağ), Bruno Franko (“Lokomotiv Sofiya”, Bolqarıstan), Çarles Boli (“Apollon Limassol”, Kipr), Hamidu Keyta (“Konyaspor”, Türkiyə).

"Turan Tovuz"

Gedənlər: İvan Konovalov, Alexandro Serrano, Kauan Martins, Kristian da Silva, Araş Qadiri (“Xeybər”, İran), Anton Kraçkovski, Eltun Turabov (Karvan), Sadiq Quliyev, İsmayıl Zülfüqarlı , Orxan Əliyev.

Gələnlər: David Tavareş (“Buzau”, Rumıniya), Roberto Olabe (“İbiza”, İspaniya), Abdulla Rzayev (“Sabah”, icarə).

"Sabah"

Gedənlər: Şakir Seyidov (Kəpəz), Con İrasabal (“Johor Darul”, Malayziya), Namiq Ələsgərov, Vinsent Till (Zirə), Sofian Çakla.

Gələnlər: Rüstəm Samiqullin (“Neftçi” ilə icarə müqaviləsi başa çatıb), Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisinin “Şamaxı” ilə icarə müqaviləsi başa çatıb), Camal Cəfərov (“Kəpəz”lə icarə müqaviləsi başa çatıb), Akim Zedadka (“Pyast”, Polşa), Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled (“Anje”, Fransa).

"Neftçi:"

Gedənlər: Yuri Matias (“Ajman”, BƏƏ), Yeqor Boqomolski (Zirə), Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı (İmişli), Rüstəm Samiqullin (Sabah), Rafael Quzzo, Robert Bauer (“Buriram Yunayted”, Tayland), Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi (“Genqam”, Fransa).

Gələnlər: Sessi D'Almeyda (“Apollon Limassol”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), İqor Ribeyro (Araz-Naxçıvan), İmad Faraj (“AEK Larnaka”, Kipr).

"Şamaxı"

Gedənlər: Leroy Mikels, Brahim Konate (Zirə), Maykl Bauk, Vasiliye Radenoviç (“Jalgiris”, Litva), Vasiliye Bakiç, Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Rauf Rüstəmli (Sabah), Murad Vəliyev, Fəxri Məmmədli (Sabah), Vüsal Məsimov, Səbayıl Bağırov.

Gələnlər: Həbib İsmayılov (Neftçi), Oruc Məmmədov (Səbail), Emil Süleymanov (Qəbələ), Dioqo Balau (“Uniao Santarem”, Portuqaliya), Karim Rossi (Şaffhauzen” İsveçrə), Sezar Enrike (“Caxias”, Braziliya), David Tomaz Dos Santos Oliveryra (“Kovilya”, Portuqaliya). Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya).

"Sumqayıt"

Gedənlər: Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov (Zirə), Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Neftçi”). Bobir Abdixolikov, Cəsurbek Cəloliddinov, Silvanus Nimeli.

Gələnlər: Pedro Pinto (“Petro Luanda”, Anqola), Aleksa Yankoviç (“Raniçki”, Serbiya).

"Kəpəz"

Gedənlər: Yeqor Xvalko, Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov (“Sabah”, icarə müqaviləsi başa çatıb)., Rauf Hüseynli.

Gələnlər: Şakir Seyidov (Sabah), Pedro Qomeş (“Boavişta”, Portuqaliya), Adama Fofana (“Adanaspor”, Türkiyə).

"Qəbələ"

Gedənlər: Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Vorontsov, İbrahim Ramazanov (Turan Tovuz), Oçe Oçeveçi (“Krivbass”, Ukrayna), Elvin Yunuszadə.

Gələnlər: Prins Ovusu (klubun U-19 komandasında cəlb olunub), İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya). Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn), Adriel Ba Loua (“Kan”, Fransa).

"Karvan"

Gedənlər: Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, Elvin İsmayılov, İzzət Müştaqov, Müşfiq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour, Beqzod Xulikulov.

Gələnlər: Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza (“Zabbar”, Malta).

"İmişli"

Gedənlər: Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Enrike, Xəyal Tomarov.

Gələnlər: Ronaldo Rodriges (“Borneo”, İndoneziya), İbrahim Əliyev, Azər Salahlı (Neftçi), İmam Əli, Rafael Vieqas (“San Joao de Ver”, Portuqaliya).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti