“Neftçi” “xoda düşdü”, bölgədəkilər bir ucdan göndərir – YAY BAZARLIĞI

16:40 Premyerliqa 528
“Neftçi” “xoda düşdü”, bölgədəkilər bir ucdan göndərir – YAY BAZARLIĞI

Premyer Liqa klublarında yay bazarlığı davam edir.

Avrokubok təmsilçilərimiz transfer çalışmalarına erkən başlayıb işini möhkəm tutmağa çalışsa da, digərlərində güclənməklə bağlı sakitlik hökm sürür.

“Neftçi” ötən mövsüm ardıcıl üç futbolçu ilə münasibətlərini rəsmiləşdirməklə bazarda aktivlik yaratmağı bacarıb. Bölgə təmsilçiləri isə hələ ki, “təmizləməklə” məşğuldur.

Klubların rəsmən yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.

"Qarabağ"

Gedənlər: Marko Veşoviç, Patrik Andrade (Araz-Naxçıvan), Yassin Benzia, İsmayıl İbrahimli (Zirə).

Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə” ilə icarə müqaviləsi başa çatıb), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Dani Bolt (“Torrense”, Portuqaliya).

"Zirə"

Gedənlər: Məqsəd İsayev, Pyer Zebli, Rüstəm Əhmədzadə (Qarabağ).

Gələnlər: Brahim Konate (Şamaxı), Yeqor Boqomolski (Neftçi), İsmayıl İbrahimli (Qarabağ).

"Araz-Naxçıvan"

Gedənlər: Vadim Abdullayev.

Gələnlər: Bar Kohen (“Makkabi Netanya”, İsrail), Çance Simakala Ba-Muaka (“Osnarbrük”, Almaniya), Patrik Andrade (Qarabağ), Bruno Franko (“Lokomotiv Sofiya”, Bolqarıstan), Çarles Boli (“Apollon Limassol”, Kipr).

"Turan Tovuz"

Gedənlər: İvan Konovalov, Alexandro Serrano, Kauan Martins, Kristian da Silva, Araş Qadiri (“Xeybər”, İran), Anton Kraçkovski, Eltun Turabov, Sadiq Quliyev, İsmayıl Zülfüqarlı (Neftçi).

"Sabah"

Gedən: Şakir Seyidov, Con İrasabal, Namiq Ələsgərov, Vinsent Till.

Gələnlər: Rüstəm Samiqullin (“Neftçi” ilə icarə müqaviləsi başa çatıb), Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisinin “Şamaxı” ilə icarə müqaviləsi başa çatıb), Camal Cəfərov (“Kəpəz”lə icarə müqaviləsi başa çatıb), Akim Zedadka (“Pyast”, Polşa), Stiv Solvet (“Martiq”, Fransa).

"Neftçi:"

Gedənlər: Yuri Matias, Yeqor Boqomolski (Zirə), Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı, Rüstəm Samiqullin (Sabah), Rafael Quzzo, Robert Bauer, Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi.

Gələnlər: Sessi D'Almeyda (“Apollon Limassol”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”).

"Şamaxı"

Gedənlər: Leroy Mikels, Brahim Konate (Zirə), Maykl Bauk, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Rauf Rüstəmli (Sabah), Murad Vəliyev, Fəxri Məmmədli (Sabah)

Gələnlər: Həbib İsmayılov (Neftçi), Oruc Məmmədov (Səbail), Emil Süleymanov (Qəbələ).

"Sumqayıt"

Gedənlər: Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Neftçi”). Bobir Abdixolikov, Cəsurbek Cəloliddinov.

"Kəpəz"

Gedənlər: Yeqor Xvalko, Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov (“Sabah”, icarə müqaviləsi başa çatıb).

"Qəbələ"

Gedənlər: Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Vorontsov, İbrahim Ramazanov (Turan Tovuz), Oçe Oçeveçi (“Krivbass”, Ukrayna), Elvin Yunuszadə.

"Karvan"

Gedənlər: Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, Elvin İsmayılov, İzzət Müştaqov, Müşfiq Teymurov.

"İmişli"

Gedənlər: Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Enrike, Xəyal Tomarov.

Gələn: Ronaldo Rodriges (“Borneo”, İndoneziya).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti