1 milyon avroluq fransalı vinger Azərbaycan Premyer Liqasında?

30 İyun 2025 23:20 Premyerliqa 6 170
1 milyon avroluq fransalı vinger Azərbaycan Premyer Liqasında?

AEK-in (Larnaka) fransalı vingeri İmad Farac karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Kiprin “Kerkyda” portalı məlumat yayıb.Kiprli həmkarlarımız Azərbaycanın bir neçə klubunun Faracla maraqlandığını iddia edib.

Amma həmin klubların adı açıqlanmayıb. AEK fransız vingerin transferindən 1 milyon avro gəlir əldə edə bilər.

Öz növbəsində AEK-in idman direktoru Xavi Roka klublarımızdan təklif gəldiyini etiraf edib və bildirib ki, Larnaka klubuna qaneedici maliyyə təklifi gəlsə, yarımmüdafiəçi satılacaq.

Fransız Fransanın “Lill” klubunun yetirməsidir, həmçinin Portuqaliyanın “Belenenseş” və Belçikanın “Muskron” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!