“Neftçi” baxır, “Araz-Naxçıvan” şou göstərir- YAY BAZARLIĞI

19:40 Premyerliqa 396
“Neftçi” baxır, “Araz-Naxçıvan” şou göstərir- YAY BAZARLIĞI

Premyer Liqa klublarında yay bazarlığı davam edir.

Avrokubok təmsilçilərimizdən “Sabah”da sakitlik müşahidə olunsa da, “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” transfer təqdimatlarına ara vermir.

Elitanın digər iştirakçıları isə axtarmaqla məşğuldur.

Klubların rəsmən yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.

"Qarabağ"

Gedənlər: Marko Veşoviç, Patrik Andrade (Araz-Naxçıvan), Yassin Benzia, İsmayıl İbrahimli (Zirə).

Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə” ilə icarə müqaviləsi başa çatıb), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Dani Bolt (“Torrense”, Portuqaliya).

"Zirə"

Gedənlər: Məqsəd İsayev, Pyer Zebli, Rüstəm Əhmədzadə (Qarabağ).

Gələnlər: Brahim Konate (Şamaxı), Yeqor Boqomolski (Neftçi), İsmayıl İbrahimli (Qarabağ).

"Araz-Naxçıvan"

Gedənlər: Vadim Abdullayev.

Gələnlər: Bar Kohen (“Makkabi Netanya”, İsrail), Çance Simakala Ba-Muaka (“Osnarbrük”, Almaniya), Patrik Andrade (Qarabağ), Bruno Franko (“Lokomotiv Sofiya”, Bolqarıstan), Çarles Boli (“Apollon Limassol”, Kipr).

"Turan Tovuz"

Gedənlər:İvan Konovalov, Alexandro Serrano, Kauan Martins, Kristian da Silva, Araş Qadiri (“Xeybər”, İran), Anton Kraçkovski, Eltun Turabov, Sadiq Quliyev, İsmayıl Zülfüqarlı (Neftçi).

"Sabah"

Gedən: Şakir Seyidov. Con İrasabal.

Gələnlər: Rüstəm Samiqullin (“Neftçi” ilə icarə müqaviləsi başa çatıb), Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisinin “Şamaxı” ilə icarə müqaviləsi başa çatıb), Camal Cəfərov (“Kəpəz”lə icarə müqaviləsi başa çatıb), Akim Zedadka (“Pyast”, Polşa).

"Neftçi:"

Gedənlər: Yuri Matias, Yeqor Boqomolski (Zirə), Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı, Rüstəm Samiqullin (Sabah), Rafael Quzzo, Robert Bauer, Dembo Darbo.

Gələn: Sessi D'Almeyda (“Apollon Limassol”, Kipr).

"Şamaxı"

Gedənlər: Leroy Mikels, Brahim Konate (Zirə), Maykl Bauk, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Rauf Rüstəmli (Sabah), Murad Vəliyev, Fəxri Məmmədli (Sabah)

Gələnlər: Həbib İsmayılov (Neftçi), Oruc Məmmədov (Səbail), Emil Süleymanov (Qəbələ).

"Sumqayıt"

Gedənlər: Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov.

"Qəbələ"

Gedənlər: Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Vorontsov, İbrahim Ramazanov (Turan Tovuz), Oçe Oçeveçi (“Krivbass”, Ukrayna).

"Karvan"

Gedən: Ezekiel Morqan, Emil Qasımov.

“Kəpəz” və “İmişli”də durğunluq davam etdiyindən, bu klubların transfer çalışmaları ilə bağlı rəsmi məlumat yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti