Bombardir "Qarabağ"lını üzən ayrlıq qərarı

19:00 Premyerliqa 677
Bombardir "Qarabağ"lını üzən ayrlıq qərarı

"İmişli"də növbəti anlaşılmaz qərar verilib.

Söhbət Seyxan Fərəcovla yolların ayrılmasından gedir.

Gənc futbolçu aran təmsilçisinin yeni mövsümlə bağlı planlarında yer almayıb.

Halbuki 19 ildən sonra "İmişli"nin elitaya qayıtmasında sabiq "Qarabağ"lının müstəsna xidmətləri olub.

Bir hücumçunun üzərinə düşən iş nədir? Təbii ki, qollar vurmaq.

Fərəcov da bu işin öhdəsindən layiqincə gəlib.

Belə ki, forvard komandasının mövsüm ərzində vurduğu 43 qoldan 13-də (11 qol+2 asist) birbaşa iştirak edib.

İstedadlı futbolçu 11 qolla liqanın bombaridirlər cədvəlində 4-cü sırada yer alıbsa, "İmişli"nin ən sərrast futbolçusu adına sahibdir.

Belədə gənc futbolçunun haqqıdır ki, Premyer Liqada komandanın heyətində yer alsın.

Ən pis halda ehtiyat qüvvə kimi.

Təəssüf ki, klub mövsüm ərzində böyük xidmətləri olan birinə bunu da çox görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti