"Spartak"ın müdafiəçisi Azərbaycan klublarının maraq dairəsində?

21 İyun 2025 22:40 Premyerliqa 2 687
"Spartak"ın müdafiəçisi Azərbaycan klublarının maraq dairəsində?

Rusiya millisinin sabiq müdafiəçisi Georgi Cikiya karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, hələlik rus futbolçunu istəyən klubların adı açıqlanmasa da, onların danışıqlara start verdiyi bəlli olub.

31 yaşlı futbolçu məxsus olduğu “Ximki”nin Rusiya çempionatında iştirak üçün lisenziya ala bilməməsindən sonra xaricə yollanmağın əleyhinə də deyil.

Təcrübəli müdafiəçinin “Ximki” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq. “Spartak”(Nalçik), “Amkar”, “Spartak”(Moskva) klublarında oynamış futbolçu Rusiya millisində 44 matça çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti