
Premyer Liqa klublarına ayrılan dövlət dotasiyası bu ildən 500 min manat azaldılacaq.
Düzdü, hələ də rəsmi məlumat yoxdur.
Amma AFFA rəhbəri Rövşən Nəcəfin "yeni mövsümdən ümumi məbləğin 10 yox, 12 klub arasında bölüşdürüləcək" deməsinin başqa izahı yoxdur.
Deməli, əvvəlki illərdə olduğu kimi yardım paketi 3 milyon yox, 2,5 milyon olacaq.
Artıq indidən elita təmsilçiləri ekonom rejimdə çalışmaq yolunu seçib.
Belə ki, bir neçə klub xərcləri azaltmaq üçün yay təlim-məşq toplanışda ölkə xaricinə getməyəcək.
Siyahı hər keçən gün artır.
Ötən yay "Şamaxı"nın açdığı çığırda bu dəfə təkcə "şirlər" görünmür.
"Qəbələ", "Kəpəz", "İmişli" və "Karvan"da eyni addımı atmağa qərar verib.
Sayın artması yoxlama görüşü kimi dərdi də ortadan götürmüş olur.
Ki, adıçəkilən bir-biri ilə sınaq matçları keçirəcək.
XANOĞLAN / SPORTİNFO.AZ