
Premyer Liqa klubları yay bazarlığına start verib.
Bəzi klublar susqunluğu ilə diqqət çəksə də, bu mənada fəallığı ilə ön planda olanlar da var.
Klubların rəsmən yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.
Qarabağ
Gedənlər: Marko Veşoviç, Patrik Andrade, Yassin Benzia, İsmayıl İbrahimli.
Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə” ilə icarə müqaviləsi başa çatıb).
Zirə
Gedənlər: Məqsəd İsayev, Pyer Zebli, Rüstəm Əhmədzadə (Qarabağ).
Gələnlər: Brahim Konate (Şamaxı), Yeqor Boqomolski (Neftçi), İsmayıl İbrahimli (Qarabağ).
Araz-Naxçıvan
Gedənlər: Vadim Abdullayev.
Gələnlər: Bar Kohen (“Makkabi Netanya”, İsrail).
Turan Tovuz
Gedənlər:İvan Konovalov, Alexandro Serrano, Kauan Martins, Kristian da Silva, Araş Qadiri (“Xeybər”, İran), Anton Kraçkovski, Eltun Turabov, Sadiq Quliyev, İsmayıl Zülfüqarlı (Neftçi).
Sabah
Gedən: Şakir Seyidov.
Gələnlər: Rüstəm Samiqullin (“Neftçi” ilə icarə müqaviləsi başa çatıb), Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisinin “Şamaxı” ilə icarə müqaviləsi başa çatıb), Camal Cəfərov (“Kəpəz”lə icarə müqaviləsi başa çatıb).
Neftçi:
Gedənlər: Yuri Matias, Yeqor Boqomolski (Zirə), Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı, Rüstəm Samiqullin (Sabah), Rafael Quzzo, Robert Bauer.
Gələn: Sessi D'Almeyda (“Apollon Limassol”, Kipr).
Şamaxı
Gedənlər: Leroy Mikels, Brahim Konate (Zirə), Maykl Bauk, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Rauf Rüstəmli (Sabah), Murad Vəliyev, Fəxri Məmmədli (Sabah)
Gələnlər: Həbib İsmayılov (Neftçi), Oruc Məmmədov (Səbail), Emil Süleymanov (Qəbələ).
Sumqayıt
Gedənlər: Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov.
Qəbələ
Gedənlər: Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Vorontsov, İbrahim Ramazanov (Turan Tovuz), Oçe Oçeveçi (“Krivbass”, Ukrayna).
“Kəpəz”, “Karvan” və “İmişli”də durğunluq davam etdiyindən, bu klubların transfer çalışmaları ilə bağlı rəsmi məlumat yoxdur.
HƏBİB / SPORTİNFO.AZ