
Azərbaycan Premyer Liqası ilə bağlı yeni statistik göstəricilər açıqlıanıb.
Sportinfo.az xəbər verir ki, liqanın futbolçularının orta yaşı 27, bir oyunçunun orta bazar dəyəri isə 386 min avrodur.
Ən qiymətli ulduz 2,5 milyon avro dəyərləndirilən "Qarabağ"ın braziliyalı sağ cinah vingeri Kadi Borxesdir. Ağdam təmsilçisinin bu oyunçularının qiyməti də diqqəti cəkir:
Leandro Andrade (2 milyon avro), Aleksey Kaşuk və Nəriman Axundzadə (hər biri 1,8 milyon avro) və qapıçı Mateuş Koçalski (1,5 milyon avro).
Heyətinin ümumi bazar dəyərinə görə klublar arasında "Qarabağ" liderdir - 22,25 milyon avro.
Sıralamada “Zirə” (12,53 milyon avro) 2-ci, “Sabah” (12,45 milyon avro) isə 3-cüdür. Ən aşağı qiymət isə “Şamaxı”ya məxsusdur - 4,83 milyon avro.