Premyer Liqada braziliyalı futbolçuların hegemonluğu davam edir.
Sportinfo.az xəbər verir ki, 2024-25 mövsümündə geridə qalan 34 turunda Cənubi Amerika ölkəsinin təmsilçiləri 63 dəfə fərqləniblər.
34-cü turda “Şamaxı” ilə oyunda “Sabah”ın qələbəsinin memarlarından biri dubla imza atan İqor Noqeyra olub.
Maraqlıdır ki, o, cari mövsüm “Sabah”ın heyətində qol vuran ilk braziliyalıdır. Qəsəbə təmsilçisi isə çempionatımızda heyətində braziliyalı futbolçunun fərqləndiyi 9-cu komanda olub.
Sona 2 tur qalmışa qədər yalnız “Səbail”də “pentakampeonlar”ın nümayəndəsi qol vurmayıb. Premyer Liqanı tərk edəcək komanda bu tilsimi qıra bilməyəcək. Çünki heyətlərində braziliyalı yoxdur.
Cari mövsüm braziliyalı futbolçular “Zirə” və “Araz-Naxçıvan”da 15, “Qarabağ” və “Turan Tovuz”da 10, “Kəpəz”də 6, “Neftçi”də 3, “Sabah”da 2, “Şamaxı” və “Sumqayıt”da 1 dəfə fərqləniblər.

