"Qarabağ" və "Neftçi" 3 cavabsız qolla qalib gəldi

18 May 20:54 Premyerliqa 657
"Qarabağ" və "Neftçi" 3 cavabsız qolla qalib gəldi

Bu gün Premyer Liqada 35-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 2-ci gündə 2 matç keçirilib.

Əvvəlcə "Neftçi" "Səbail"lə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, "Neftçi" xal sayını 43-ə çatdıraraq 6-cı, "Səbail" isə 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

"Qarabağ" isə "Kəpəz"i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, lider "Qarabağ" xal sayını 86-ya çatdırıb. "Kəpəz" isə 32 xalla 8-ci yerdədir.

Premyer Liqanın cari mövsümündə "Qarabağ" çempion olub, "Zirə" 2-ci yeri, "Araz-Naxçıvan" isə 3-cü pilləni təmin edib.

Turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

17:00. "Neftçi" – "Səbail" 3:0

Qollar: Demba Darbo, 1, Ağadadaş Salyanski, 25, Əlirza Müştəbəzadə 80 (avtoqol)

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

“Neftçi Arena”

"Neftçi”: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 91. Ağadadaş Salyanski 14. Edvin Kuç 99. Ervin Koffi 23. Robert Bauer 24. Mustafa Sek 9. Bassala Sambu 22. Dembo Darbo 11. Aleks Fernandes

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 19. Azər Salahlı 90. Ramil Şeydayev 78. Elcan Əbilov 47. Murad Məmmədov 88. Andrey Ştoqrin 18. Ryonosuke Ohori

Baş məşqçi: Samir Abasov

“Səbail”: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 16. Emin Rüstəmov 3. Dmitro Litvin 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 77. Fərid Nəbiyev 67. Rəvan Abasov 97. Oruc Məmmədov 89. Ömər Qurbanov 88. Hacıəli Şirəliyev 8. Qorka Laruçça 44. Amir Bilali 99. İnnosent Nşuti 4. Marko Nikoliç 5. Gitay Sofir

Baş məşqçi: Əbdülqəni Nurməmmədov

19:00. "Qarabağ" – "Kəpəz" 3:0

Qollar: Leandro Andrade, 31, Aleksey Kaşuk, 73, Musa Qurbanlı, 82

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov.

VAR: Rəşad Əhmədov.

AVAR: Əli Əliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Azərsun Arena”

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Kəpəz”: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov (k), 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 10. Karim Lkoça

Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 91. Nihad İsaqov, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev

Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti