Nəfəslər tutuldu, yeni tarix yazmaq üçün tarixi an yetişdi - 1 xal!

16:00 Premyerliqa 278
Nəfəslər tutuldu, yeni tarix yazmaq üçün tarixi an yetişdi - 1 xal!

Premyer Liqada üç sual cavabını tapıb.

“Qarabağ” çempionluğu, “Zirə” gümüş medalları rəsmiləşdirib, “Səbail”in növbəti mövsümdə I Liqada mübarizə aparacağı dəqiqləşib.

İndi hər kəsi maraqlandıran bürünc medalların hansı komandaya nəsib olacağı, başqa cür desək, Konfrsn Liqasına vəsiqənin kimin payına düşəcəyidir.

Çempionatın sonuncu sualı öz cavabını Şamaxıda tapa bilər. Bunun üçün “Araz-Naxçıvan” səfərdə yerli komandaya uduzmamalıdır.

Hazırda 3-cü pillədəki Naxıvan təmsilçisi ilə 4-cü sıradakı “Turan Tovuz”u bir-birində 6 xal ayırır. “Araz-Naxçıvan”a tarixinin ən böyük uğuruna imza atmaq üçün Şamaxıda 1 xal da bəs edir.

Komandaların cari mövsümdəki duellərinə baxsaq, Şamaxıdakı oyunda “Araz” 1:0 hesablı qələbəyə sevinib. Bakıdakı matçların birində naxçıvanlılar yenə 1:0 üstün olub, digərində 1:1 hesabı qeydə alınıb.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda bölgədəki oyuna ciddi itkilərlə çıxacaq. Əyyub Allaşla Mustafa Əhmədzadə zədə səbəbindən mövsümü bitiribsə, iki braziliyalı – İqor Rodrigeslə Ramon Maçado cəza səbəbindən oynaya bilməyəcəklər.

“Araz” medalların taleyinin sonuncu turda həll olunmasını istəmirsə, bölgədən azı 1 xalla qayıtmalıdır.

Mayın 17-də Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti