Premyer Liqada həftənin “qara siyahı”sı - Nə az, nə çox, düz 11 nəfər!

16 May 16:40 Premyerliqa 457
Premyer Liqada həftənin “qara siyahı”sı - Nə az, nə çox, düz 11 nəfər!

Premyer Liqanın 35-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

6 komandadan 11 futbolçu həftəsonu meydana çıxmaqdan məhrum olub.

Ən ağır zərbə “Suimqayıt”a dəyib. “Kimyaçılar” birdən-birə üç nəfərin – Vüqar Mustafayev, Rəşad Əzizli və Alan Diasın xidmətindən yararlana bilməyəcək.

Ramon Maçado ilə İqor Rodriges “Araz-Naxçıvan”ı, Yeqor Xvalko ilə Rojerio Santos “Kəpəz”i, Qismət Alıyevlə Eldar Quliyev “Zirə”ni, Elvin Camalov “Neftçi”ni, Vladislav Veremeyev “Şamaxı”nı çətin vəziyyətdə qoyub.

Adları çəkilənlərin hamısı vərəqə cəzalısı olduğu üçün matçları kənardan izləyəcək.

Martın 17-də “Sumqayıt” – “Turan Tovuz”, “Zirə” – “Sabah”, “Şamaxı” – “Araz-Naxçıvan”, bir gün sonra “Neftçi” – “Səbail”, “Qarabağ” – “Kəpəz” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi