16 il sonra Premyer Liqaya qayıdan kluba yeni direktor gətirildi

16 May 09:40 Premyerliqa 2 819
16 il sonra Premyer Liqaya qayıdan kluba yeni direktor gətirildi

Növbəti mövsümdən yenidən Premyer Liqada mübarizə aparacaq «Karvan»da kadr islahatlarına start verilib.

16 ildən sonra elitaya yolu açılan Yevlax təmsilçisi bu işə «yuxarı»dan başlayıb.

Emin Əjdərli idman direktoru vəzifəsinə təyinat alıb. Yaxın günlərdə daha bir neçə postun öz sahibini tapması gözlənilir.

«Sarvanlar» I Liqanın 25 turu ərzində 46 xal toplayıb. Kənan Kərimovun çalışdırdığı komanda bu göstərici ilə hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!