Premyer Liqada baş məşqçi, 1 futbolçu - Kənarda qalacaqlar

31 Yanvar 2025 16:00 Premyerliqa 874
Premyer Liqada baş məşqçi, 1 futbolçu - Kənarda qalacaqlar

Premyer Liqanın 21-ci turunu iki nəfər kənardan izləyəcək.

Cəzalı duruma düşdükləri üçün baş məşqçi və futbolçu oyunları tribunadan izləyəcəklər.

Bunlar “Kəpəz”in çalışdırıcısı Azər Bağırov və “Turan Tovuz”un futbolçusu Rəhim Sadıxovdur.

Hər ikisi ötən həftə sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.

Yanvarın 31-də “Kəpəz” – “Sabah”, “Neftçi” – “Şamaxı”, fevralın ilk günündə “Turan Tovuz” – “Səbail”, “Sumqayıt” – “Araz-Naxçıvan”, ayın 2-də “Zirə” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı