Premyer Liqanın yolunu tutan komandadan MARAQLI QƏRAR!

13 İyun 14:40 Premyerliqa 2 242
Premyer Liqanın yolunu tutan komandadan MARAQLI QƏRAR!

Premyer Liqanın yay istirahətini ən tez bitirəcək komandasının adı artıq məlumdur.

Bu, «Karvan»dır.

16 illik aradan sonra elitaya dönəcəyi dəqiqləşən Yevlax təmsilçisinin iyunun 20-də bir araya gələcək.

Elə doğma şəhərdə yeni mövsüm çalışmalarına start veriləcək. Bu mərhələ əsasən seleksiya xarakteri daşıyacaq. 10 gün ərzində «ələmə işi» aparıcaq.

«Karvan»ın I Liqada yararlandığı futbolçuların əksəriyyəti məşqlərə cəlb olunacaq.

Həmçinin baxışa gələnlər olacaq: həm digər klublardan, həm də ölkə xaricindən. Təqribən 5-6 legioner yoxlanışdan keçəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!