"Sportinfo"nun yaydığı xəbər bölgə klubunda qalmaqal yaratdı - "O, bura gələ bilməz!"

19 Sentyabr 2022 23:40 Premyerliqa 805
"Sportinfo"nun yaydığı xəbər bölgə klubunda qalmaqal yaratdı - "O, bura gələ bilməz!"

"Kəpəz"in qapıçı mövqeyinə danışıq apardığı növbəti legionerin kimliyi barədə iki gün əvvəl sizə məlumat vermişdik.

Bu, serbiyalı Stefan Cupicdir.

Bütün detallarda razılıq əldə olunan oyunçunun 23 sentyabra kimi düşərgədə olması gözlənilirdi.

Amma bu sövdələşmə baş tutmaya bilər. Belə ki, hazırda klubsuz olan 27 yaşlı kiper karyerası ərzində Ermənistanda - "Ararat"da çıxış edib (2019-2021-ci illərdə).

Stefan məhz həmin dönəm baş tutan Vətən Müharibəsi zamanı Ermənistan bayrağını öz sosial şəbəkə hesabından paylaşmaqla bədnam qonşulara dəstək nümayiş etdirib.

Elə bölgə klubunun fanatlarını da bu məqam narahat edib. Onlar klub rəhbərliyinə qəti şəkildə etiraz edib, qarşı çıxıblar.

Belə birinin Azərbaycan klubunda olmasını mümkünsüz hesab ediblər. Məsələ ilə bağlı hələ ki, klubdan rəsmi reaksiya yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!