Hakimləri söyənlər, oturacaqları sındıranlar və başqa hadisələr…

17 Sentyabr 2022 02:20 Premyerliqa 1 343
Hakimləri söyənlər, oturacaqları sındıranlar və başqa hadisələr…

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Kəpəz”in “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” tərəfindən ödəniləcək. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

Həmçinin birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” 800 manat cərimələnib.

Eyni zamanda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Səbail”in futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı