AFFA yeni sponsordan pul aldı, Premyer Liqa klublarına bu qədər ödəmə etdi

18 Avqust 2022 18:00 Premyerliqa 1 467
AFFA yeni sponsordan pul aldı, Premyer Liqa klublarına bu qədər ödəmə etdi

Premyer Liqa klublarının 3 aya yaxındır davam edən həsrəti bitib.

AFFA elita təmsilçilərinin hesabına ilk 2 köçürməni həyata keçirib.

Çempionatın 10 iştirakçısının hər biri federasiyadan 100 min manat alıb. Avqustun sonunadək onlara daha 150-200 min manat ödəniləcək.

Premyer Liqa yeni titul sponsoru ilə anlaşıb. Bu kontrakta əsasən, klubların hər biri 3 milyon manat irəli düşüb.

Göstərilən məbləğ aylar üzrə bölünərək, yüksək liqa mənsublarına çatdırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti