COVİD pasportu almayanlar Premyer Liqa və Diviziona buraxılmayacaq

28 İyul 2021 18:00 Premyerliqa 611
COVİD pasportu almayanlar Premyer Liqa və Diviziona buraxılmayacaq

Premyer Liqa və I Divizion təmsilçiləri vaksinasiyadan keçəcək.

Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.

Federasiyadan redaksimanıza daxil olan məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşmə aparılıb.

Tərəflər arasında anlaşmaya əsasən, ölkə çemionatının hər iki yarışmasının iştirakçıları peyvənd olunacaq. Bura məşqçilər və futbolçularla yanaşı, klub funksionerləri, digər əməkdaşlar daxildir.

Ümumiyyətlə, adları sifariş ərizəsində qeyd olunacaq istənilən şəxsdən COVİD pasportu tələb olunacaq. Vaksin vurdurmaqdan imtina edənlər iştirak vərəqəsinə düşə bilməyəcək.

Yüksək və aşağı dəstə təmsilçiləri artıq gələn aydan bu prosesə başlamalıdır. AFFA və Peşəkar Futbol Liqası klublara hazırlıqla bağlı göstəriş verib.

İyulun 2-də Azərbaycanın səhiyyə qurumları açıqlayıb ki, vaksinin hər iki dozasını vurduran şəxslər COVID pasportunun müddətinin uzadılması üçün 6 ay sonra üçüncü dozanı da qəbul etməlidirlər.

“Peyvənd sertifikatı”nın etibarlılıq müddəti nə qədərdir və üçüncü doza məcburidirmi?

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB açıqlayıb ki, “Peyvənd sertifikatı” müddətsizdir:

“Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir.

Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

Buster qüvvətləndirici doza deməkdir. İkinci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Xəbər Lenti