Hakimlər “Qəbələ” ilə “Zirə“ni necə gözümçıxdıya salıb?

28 Fevral 2021 14:20 Premyerliqa 594
Hakimlər “Qəbələ” ilə “Zirə“ni necə gözümçıxdıya salıb?

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının son iki turu “Qəbələ” məşqçilərinin hakimlərdən şikayətləri ilə diqqət çəkib.

Öncə baş məşqçi Elmar Baxşıyev, ardınca köməkçisi Xaqani Məmmədov komandanın lehinə penalti təyin olunmamasını vurğulayıb.

“Qırmızı-qaralar” cari mövsümdə belə imkan qazanmayan yeganə komandadır. Düzdür, “Keşlə” də 11 metrlik nöqtədən qol vurmayıb. Amma bakılılar əldə olunan yeganə penaltidən yararlana bilməyib.

Ümumilikdə, mövsümdə 23 belə qərar verilib. Onlardan 16-sı qolla nəticələnib.

“Səbail”lə “Sumqayıt” rekord sayda hərəyə 6 penalti vurub. Lakin sonuncular bu imkanlardan üçünü qaçırmaqla antirekorda da sahibdir (apasport.az).

klub

Penalti (qol olmayan)

Səbail

6 (1)

Sumqayıt

6 (3)

Neftçi

2

Qarabağ

3 (1)

Sabah

3 (1)

Zirə

2

Keşlə

1 (1)

Qəbələ

0

Cəmi

23 (7)

“Sumqayıt” hamıdan çox penalti vursa da, özü ən az cəzalanan komandadır. Ayxan Abbasovun komandasının qapısına yalnız bir belə zərbə təyin olunub.

Rekord isə “Zirə”yə məxsusdur. Hakimlər bakılıları 6 dəfə cəzalandırıb. Lakin bunlardan yalnız ikisi qolla başa çatıb.

“Səbail” hamıdan çox – 4 dəfə penaltidən qol buraxıb. Paytaxt təmsilçisinin qapısına təyin olunan bütün zərbələr dəqiq olub.

klub

Penalti qapısına

(qol olmayan)

Zirə

6 (4)

Səbail

4

Neftçi

3 (1)

Sabah

3

Keşlə

2 (1)

Qəbələ

2 (1)

Qarabağ

2

Sumqayıt

1

Cəmi

23 (7)

Digər Xəbərlər
Xəbər Lenti