"Rəşad Sadıqovdan və "Zirə"dən çox şey gözləyirəm"

18 Yanvar 2021 19:00 Premyerliqa 1 015
"Rəşad Sadıqovdan və "Zirə"dən çox şey gözləyirəm"

"İlk yer uğrunda, heç olmasa, 4 klub mübarizə aparmalıdır. Belə olanda həyəcan da olur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Ölkənin tanınmış ən yaşlı mütəxəssislərindən olan AFFA Məşqçilər Komitəsinin üzvü Premyer Liqanın ikinci mərhələsi barədə fikirlərini bölüşüb.

Mircavadov daha çox "Zirə"dən gözləntilərinin yüksək olduğunu sözlərinə əlavə edib: "Hazırlıq dönəminə əsasən "Zirə"dən çox şey gözləyirəm.

Rəşad Sadıqovun komandası oyununu turdan-ğura təkmilləşdirir. Oyunlarına fikir verirəm və görürəm ki, balans qurmağa çalışırlar.

Top saxlamaqla, cinahları işlətmək üzərində iş gedir. Bu, çox yaxşı cəhətlərdir".

Digər Xəbərlər
Xəbər Lenti