Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Paris-2024-də bürünc medal görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan 21 yaşlı idmançımız qırğızıstanlı idmançı Amantur İsmayılovla üz-üzə gəlib.
Həsrət ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Amantur İsmayılov isə dünya və Asiya çempionatında bürünc medala yiyələnib.
Həsrət rəqibinə vaxtından əvvəl 8:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.
Bu, Azərbaycanın güləş üzrə milli komandalarının Paris-2024-də qazandığı ilk, ümunilikdə ölkəmizin isə 4-cü medalı olub.
Daha əvvəl Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb. Boksçumuz Alfonso Dominges isə finala yüksələrək ən az gümüş medalı təmin edib.