
Daha bir idmançımiz Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Sportinfo.az xəbər verir ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.
Ətraflı
Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.
Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.