"Nə vaxt "Neftçi"nin əsas komandasına qaytarılacağını bilmirəm"

20 Oktyabr 2020 18:06 Neftçi 1 111
"Nə vaxt "Neftçi"nin əsas komandasına qaytarılacağını bilmirəm"

«O, hamı kimi adi qaydada gündəlik məşqlərdə iştirak edir, verdiyimiz tapşırıqları yerinə yetirir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi-2»nin baş məşqçisi Mahmud Qurbanov deyib.

Təcrübəli mütəxəssis əsas komandadan uzaqlaşdırılan Anton Krivotsyukun əvəzedici heyətdə özünü normal apardığını bildirib.

«Pro» kateqoriyalı mütəxəssis qeyd elib ki, milliləşdirilən ukraynalı müdafiəçinin nə vaxt geri qayıdacağı bəlli deyil:

«O, hələ ki, buradadır. Nə vaxt əsas komandaya qaytarılacağını bilmirəm. Bu barədə heç nə deyilməyib. Antonun özünü aparmasından və məşqlərə münasibətindən razıyam. Bu mənada, heç bir problem yoxdur. Gəlir, həvəslə məşq edir. Hər şey qaydasındadır».

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi