
Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun mərkəzi oyunu Suraxanıda keçirilib.
Azərbaycanın iki ən böyük klubu – “Qarabağ”la “Neftçi” çempionat çərçivəsində 80-ci dəfə üz-üzə gəlib. Ağdam təmsilçisi Ovusu Kvabenanın erkən qolu ilə hesabda önə çıxsa da, Vojislav Stankoviç elə ilk yarıda tarazlığı bərpa edib.
İkinci hissədə Namiq Ələskərovla qələbə qolunu da vuran bakılılar son çempionu məğlubiyyətə uğradıb. “Neftçi”TV derbi ilə bağlı geniş videsüjet hazırlayıb, onu oxucularımıza təqdim edirik: