“Neftçi”yə iki qol vurdu, Allaha təşəkkür etdi - FOTO

19 Sentyabr 2020 12:58 Neftçi 481
“Neftçi”yə iki qol vurdu, Allaha təşəkkür etdi - FOTO

“Qalatasaray”ın hücumlçusu Mbay Dian UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı 3:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atan (19 və 63-cü dəqiqələrdə) seneqallı çox xoşbəxt olduğunu söyləyib:

“Uzun müddətdən sonra öz oyunumu tapdığım üçün çox şadam. Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünürük. Allahım, sənə ismarıcların üçün təşəkkür edirəm”.

“Qalatasaray” III təsnifat mərhələsində Xorvatiyanın “Xayduk” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq. Bunadək isə “Qalatasaray” sentyabrın 20-də Super Liqanın II turunda son çempion “Başakşəhir”in qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı