"Neftçi"nin baş məşqçisi onu saymayan legioneri cəzalandırmaqdan qorxdu - VİDEO

17 Sentyabr 2020 16:00 Neftçi 797
"Neftçi"nin baş məşqçisi onu saymayan legioneri cəzalandırmaqdan qorxdu - VİDEO

«Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov «Sumqayıt»la matçda (0:2) ona hörmətsizlik edən Mamadu Mbodju cəzalandırmayıb.

O, bunu öz xoşu ilə deyil, məcburiyyətdən eləyib.

Məsələ ondadır ki, Premyer Liqşanın ikinci turunda keçirilən oyunda qırmızı vərəqə alan Anton Krivotsyuk çalışdırıcını çətin vəziyyətdə buraxıb. Növbəti turda «Qarabağ»la qarşılaşacaq komandada müdafiəçi çatışmazlığı yaranıb.

Antonun yoxluğunda Mbodj da meydana çıxmasa, «ağ-qaralar»ın arxa xətti tamamilə «boşalacaq». Seneqallı legioneri Vojislav Stankoviçlə birlikdə oynatmaqdan başqa çıxış yolunun qalmadığını görən F.Məmmədov bu addımı atıb.

«Sumqayıt»la oyunun 35-ci dəqiqəsində Voyislav Stankoviçlə əvəzlənən Mamadu Mbodj Füzuli Məmmədovun qərarını etirazla qarşılayıb.

Meydanı tərk etdikdən sonra rəqib komandanın baş məşqçisi Ayxan Abbasova əl verib görüşən seneqallı müdafiəçi Məmmədvla görüşməyib.

O, baş məşqçi ilə nəyisə müzakirə edib və ehtiyat skamyaya yox, birbaşa soyunub-geyinmə otağına yollanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti