"Neftçi"nin bütün sirlərini açıb-tökdü, zəif yerindən danqışdı

17 Sentyabr 2020 17:00 Neftçi 639
"Neftçi"nin bütün sirlərini açıb-tökdü, zəif yerindən danqışdı

«Hələ püşkatmadan öncə ürəyimə dammışdı ki, bu iki komanda bir-birinə rəqib olacaq».

Sportinfo.az xəbər verir ki, bu sözlər Türkiyənin tanınmıış futbol yazarı İlqaz Çinara aiddir.

Bu gün keçiriləcək «Neftçi» - «Qalatasaray» görüşü barədə danışan həmkarımız İstanbul nəhənginin Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanacağına əmin olduğunu bildirib:

«Neftçi»nin «Şkupi» ilə qarşılaşmasını internetdən izləmişəm. Püşkdən əvvəl bunu etdim və rəqib haqda çox şey öyrəndim. Şimali Makedoniya klubu Bakıdan qələbə ilə dönməli idi.

«Şkupi» çox şanssız halda məğlubiyyətlə üzləşdi. Özəlliklə ilk hissədə. İkinci hissədə də bir neçə real qol epizodunu boşa verdilər. «Neftçi»nin yeganə güclü tərəfi orta sahədir. Emin Mahmudovun adını qeyd edərdim.

O, kreativ yarımmüdafiəçidir. «Neftçi»də uzun ötürmə, ara pasları varsa, bunların hamısın Mahmudov edir. Emin Rusiyada doğulub, Portuqaliyada «Boavişta»nın formasını geyinib.

Fərqli bir üslubu var. «Neftçi»də ən çox bəyəndiyim futbolçu odur. Oyunu gözəl incləyir, meydanda gözlənilməz şeylər edir. Öncədən nə edəciyini bilmək olmur. Çox maraqlı biridir.

«Neftçi»dən «Qalatasaray»a qarşı açıq futbol gözləmirəm. Əks-hücum taktikası seçəcək, arxaya qapanacaqlar. Onların qapıçısı çox zəifdir. Əgər qapıda yenə Aqil Məmmədov dayansa, «Qalatasaray» çoxlu qol epizodu yaradacaq.

Aqil standart zərbələr zamanı yanlıışlara yol verir. Üstünə gələn topları da tuta bilmir. Həmçinin çıxışlarda da zəifdir. «Şkupi» ilə matçda bir neçə belə ciddi səhvə yol verməsini gördüm.

«Neftçi»nin mərkəz müdafiəçiləri ağırdır. Aoxaya atılan toplarda düzgün mövqe seçə bilmirlər. «Qalatasaray» yaxşıı olar ki, hücumlarını Anton Krivotsyukun olduğu cinahdan qursun.

Anton mövqeyini tez-tez boş qoyur, irəli çıxır. Səhvələrə açıqdır, hədsiz dərəcədə yersiz top itkilərinə yol verir. Ümumiyyətlə, «Neftçi»nin müdafiə xətti Falkao kimi açıq zonaya açılmağı xoşlayan hücumçuların işini rahatlandırır.

Əlbəttə, mən arxayın olmağın tərəfdarı deyiləm. «Qalatasaray» avrokuboklarda az acı təcrübə yaşamayıb. «Ostersund»u xatırlayıram. Bu cür rəqiblərə yuxarıdan-aşağı baxmamaq lazımdır. İstənilən halda, «Neftçi»yə diqqətlə yanaşılmalıdır».

Digər Xəbərlər
Xəbər Lenti